Adınla çiçəklənir daxilimdə olan mahnı
Daim bürüyür məni isladan yağış kimi.
Sənə gəlib çatıram dilimdəki sözlərlə
Sevgin mənə açılır adını deyən kimi.
Mənə qurtuluş verən
Dünyadakı hər şeydən
Sən daha gözəlsən!
Sənə bənzəyən yoxdur
Adın məni qoruyur
Məni Sən tanıyırsan,
Başlanğıcdan sonadək.
Bunları sən bilirsən,
Yoluma əngəllər çıxmazdan əvvəl.
Biliyinin sonu yoxdur haqqımda
Sən bilirsən hər şeyi narahatlığımdan əvvəl.
Sayılıb saçımdakı tüklər
Seçilib həyatımdakı günlər
Mənimlə bağlı hər şey sənə tanışdır
Məni izləyərkən sevinc tapırsan
Məni yönəldirsən sonsuzlaradək
Bir gün səni tanıyacam məni tanıdığın tək
Bir gün sənlə gəzəcəm bilmədiyim bir yerdə
Sənin yolların mənim yollarım,
Sənin günlərin mənim günlərim deyil.
Məni əbədilik tanıyan Rəbb.