Bir mənasızlıqla gedirəm mən
Sanki meşə boyu axtarışdayam.
Sanki dünya bir meşədir,heç kim yoxdur etibarlı
Sağa-sola baxaraq yeganə mən burdayam.
Ümid səslərini eşidərək,səni daxilimdə axtarır könlüm
Atdığım hər addım xoşagəlməz bir gün kimidir
Sənsiz mahnı adi bir səs kimidir,
Adi bir səyahət kimidir sənsiz olan hər bir səfər.
Boşluq daxilimdə getdikcə artır,məni həmdə yaralayır
Sənsiz mən kölgəyəm
Sən hər şeysən, səni tapa bilmirəm
Qoy gəlib keçsin əzəmətli istiliyin bədənimdən
Melodiyan, ürəyimə nüfuz etsin.
Məni olduğun yerlərə apar.