Mənim böyük Baş kahinim,
Bu vəziyyətdə mənə indi lazım olan yeganə sənsən
Mənə təsəlli verdin, İsa
Mənim yanımda durdun
Mənim başımı tut və çiynində ağlamağa icazə ver
Amma sən görünməzsən, Allahım ...
Mən bu an tək hiss edirəm, İsa
Yalnız burada olduğunu bilmək mənə lazımdır
Zəifliklərimi bilmirsənmi?
Bilmirsən ki, bu an mənim üçün həddən çoxdur?
Bu qədər çox acıyır qəlbim, sənin varlığına ehtiyacım var.
Bu kədərlə mən özümdən kənardayam
Həqiqətən həyatımın sonuna çatdım,
Daha əvvəl heç vaxt bilmədiyim ölüm acısı var
Hər an məni öldürən.
Mən əzab içində yaşayıram
İmanımı artır, Rəbb.
Kəlamını göndər mənə şəfa ver
Başqa nə edə bilərəm?
Başqa nə edə bilərəm?
Səni görə bilmirəm
İndi mən həqiqətdə sənə güvənirəm
İndi bu adınla əllərimi qaldırdığım andır,
Və dodaqlarımla səni ucaltdığım an
Bu iman vaxtdır.
Bu, Rəbb olduğunu bəyan etmək vaxtıdır.
Bu, Məsih kimi sənin adını iqrar etmək vaxtıdır.
Bu, Sənin Allahın Oğlu olduğunu bildiyim andır.
Bu mənim qayğılarımı üzərinə götürdüyün andır.