Anthemic

View Original

4

Hər ötən gün eyni hisslər keçirirəm,

Rəbb öyrətdin məni, Sən.

Səndə gözləməyi öyrəndim mən,

Səndə mən yavaşca böyüyürəm.

Üzüm meynəsitək yetişirəm

Öz böyüməyimi görə bilmirəm,

Ancaq Sən bunu görürsən Rəbb.

Mənə qəzəblənmirsən,

Hazır olmadığım an.

Amma tərbiyələndirirsən,

Məni hər gün boyunca.

Sən qayğımı çəkib Rəbb,

Meyl edirsən mənə tərəf.

Gəlib hər gün həyat suyu verirsən

Bir gün qonaq edəcəyəm Səni mən,

Şirinliyimdən razı qal deyə.

Məni əkdin bir bitki tək,

Səni mən seçmədim

Sən məni seçdin,

Məni bəhrəli etdin.

Başlanmazdan əvvəl

Hər şeyin sonunu bilən Rəbb Sənsən

Edəcəyim hər şey istirahət,

Sevincimsə səndə olan bəhrədir.