5

Məlhəmdir məhəbbətin yaralarıma,

Məlhəmdir sevgin kor gözlərimə.

Sevgin də adıntək əbədi olub,

Sonsuzlaradək davam edəcək.

Sevgin ürəyimi alovlandırıb,

Üzünə doğru məni aparır.

Saflıqdır üz-üzə tanımaq Səni,

Möcüzələr göstərən, Müqəddəs olan Rəbbi.

Hərəkətlərin ulduz tək parlaq olub,

Məhəbbətin gündüz- gecə qidam olub,

Varlığımı bərpa edir.

Məni yenidən yaradan əllərdə.

Səndə mən var olmuşam,

Açarkən gözlərimi Adəmtək, ilk dəfə,

Məhəbbətin ilk nəfəsim idi.

Adəm torpaqdan doğulantək,

Mən də küldən doğuldum.

Eric Sanchez