Görüm sahibi

İsa ağrı və iztirablarını başa düşür.


Görüm sahibinin yolu tənha, dərin olan usandırıcı bir yoldur - dünya dəyişdirildiyini bilməzdən əvvəl dünyanı dəyişdirmək yoludur.


Ancaq, bu zaman dünyadan gizlənmək öz tərzində çox şirindir - nəticədə özünə layiq olan yeganə mükafatı, onsuz da qazandığın mükafatı - Allahın Özünün əlindən alırsan. Dinamik gözəlliyini və gücünü qoruyarkən eşidilməməyin şirinliyinə sonradan bir xəzinə kimi
baxacaqsan. Həyatımızın hər bir sahəsində iradəsi ilə yaşadığımız bir insan - İsa Məsih, əbədi tacımız və izzətimiz olduğuna görə sevinc və əminliklə əldə edə bilərik.

Səni yaradan və rəhbərlik edən ,acınacaqlı bir şəkildə ümidsizlik içində ikən göyü və yeri sənin üçün yerindən oynadan, sənin vasitən ilə Özünü izzətləndirmək üçün yer üzünün səltənətlərini dəyişdirən, eyni zamanda səndən çox əvvəl öz iradəsinə uyğun olaraq dərin sirli bir
şəkildə şərəfli olaraq səni həmişə özündə saxlayan, səni istədiyinə görə öz vaxtında Rəbb ucaltdıqda xoş bir həyəcan və ruhda gəzinti olacaq və bu yalnız bir məna verəcək, çünki həmişə yanında olanla – Rəbblə birlikdə qaldırılırsan. Əbədi izzət yalnız Ona məxsusdur, Amin.


Enerji mənbəyiniz Müqəddəs Ruhdakı gündəlik sevincdir, hansı ki, çarmıxda Rəbb İsa tərəfindən tamamilə ödənilir. Həqiqətən bu nə gözəl izzət və sirrdir! Tamamilə bitib. Sənin bəraət və izzət almağın tamamlandı.


Həyatınızda ilk dəfə Allahın izzətinin və şöhrətinin yayılmasını müşahidə edirsiz,izzət üstünə izzət görürsüz, tamamilə əbədiyyətin qəhrəmanlıq tarixinin bir hissəsi kimi birləşirsiniz.

Eric Sanchez